Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Özündən 15 yaş kiçik tanışını öldürdü
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər sərbəst ifadə veriblər.
Təqsirləndirilən Elşən Nəbiyevin dostu şahid kimi prosesdə ifadəsi zamanı bildirib ki, əvvəllər mərhum Etibar Əliyevlə Elşən Nəbiyevin arasında avtoyuma məntəqəsinə görə mübahisələri olub. Eyni məntəqəni hər iki şəxs ayrı-ayrılıqda icarəyə götürərək işlətmək istəyiblər.
Təqsirləndirilənin özü isə sərbəst ifadəsi zamanı vurğulayıb ki, mərhumla aralarındakı mübahisə zamanı Etibar Əliyev onun ünvanına nalayiq ifadələr işlədib. Elşən Nəbiyev tanışını qətlə yetirməyi də məhz bununla əsaslandırıb.
Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Araşdırmalarla məlum olub ki, 1975-ci il təvəllüdlü Elşən Nəbiyev şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Etibar Əliyevi bıçaqlayaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Elşən Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Elgün Həsənli
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Məhkəmə qayınatasını 12 bıçaq zərbəsi ilə qətlə yetirən FHN əməkdaşı barədə QƏRAR VERDİ
- Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ
- Bakıda gizli eşq faciə ilə bitdi: 56 yaşlı kişi 22 yaşlı sevgilisini boğub öldürdü - DETALLAR
- Qayınatasını öldürmək istədi, özü öldü