Bakının Yasamal rayonunda avtoşluq edən sürücü saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə radio aparıcısı Tural Yusifov sosial şəbəkədə yazıb.
Məlumata əsasən, Şərifzadə küçəsində özbaşınalıq edən 10 NF 141 dövlət nömrə nişanlı “VAZ-2107”-nin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Maşın artıq cərimə meydançasındadır.
Sürücünün şəxsiyyəti müəyyənləşib. “VAZ 2107” markalı avtomobili idarə edən sürücü, hadisənin görüntülərinin yayılmasından sonra evə gəlməyib.
Xatırladaq ki, Bakıda sürücü özbaşınalığı ilə bağlı videogörüntü yayılıb. Görüntüdə “VAZ-2107” markalı avtomobil birtərəfli yolda qarşı hərəkət zolağına çıxır, qəza şəraiti yaradır, üstəlik iki piyadanı vurmaqdan çətinliklə qaçır.
Elvin Əhmədov
www.oxu.az