Bakıda kütləvi dava olub.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsində, yeni yaşayış massivində naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub.
Faktla bağlı araşdırmalar aparılır.