Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.
Martın 28-də naməlum şəxs Bakı şəhər sakini Nailə Mirsəlimovaya zor tətbiq edərək içərisində 76 manat, 50 ABŞ dolları və sənəd olan çantasını alıb.
Bununla bağlı Nərimanov RPİ 17-ci PB əməkdaşları əməliyyat-axtarış keçiriblər. Nəticədə hadisəni törətmiş Bakı şəhər sakini Əjdər Həsrətov tutulub.
Ondan 2,053 qram tiryək götürülüb.
E.Ə.
www.oxu.az