Bakı şəhəri Xətai rayonunun 35-ci polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakı şəhəri Baş Polis İdarəsindən Oxu.Az-a verilən xəbərə görə, saxlanılan şəxs Bakı sakini Nizaməddin Nəbiyevdir.
İlkin ehtimallara görə, Nəbiyev avqustun 4-də qadının çantasını əlindən alaraq qaçıb. Əməliyyat tədbirləri zamanı soyğunçunu yaxalamaq mümkün olub.
Məlumata görə, Nəbiyevin Bakı şəhərində törədilən analoji cinayətlərdə də əli ola bilər. Faktla bağlı araşdırma aparılır.
Ə.Ş.
www.oxu.az