Bakı şəhərində bir həftə əvvəl ürəyindən vurulan gəncin meyiti, hələ də morqda qalıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, təxminən 25-30 yaşlarında olan oğlanın meyiti Sabunçu rayonu ərazisində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz, meşəlikdə tapılıb. Naməlum şəxslər onu ürəyindən vuraraq öldürüblər.
Sabunçu rayon Polis İdarəsindən bildirildi ki, qətlə yetirilən şəxsin kimliyini, hələ də, müəyyən etmək mümkün olmayıb. Şəkildə gördüyünüz şəxsi tanıyanlar Sabunçu rayon Polis İdarəsinə məlumat versinlər.