Sankt-Peterburqda Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin yataqxanasında Azərbaycan və Tacikistan vətəndaşları arasında mübahisə yaranıb. Mübahisə bıçaqlanma ilə sona çatıb.
Oxu.Az Rusiya KİV-nə isitnadən xəbər verir ki, mühacirər arasında münaqişəyə tacikin keçmiş həyat yoldaşı səbəb olub.
Dava zamanı Tacikistan vətəndaşı azərbaycanlını bıçaqla yaralayıb.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, tacikistanlı saxlanılıb.
www.oxu.az