Bu günlərdə azadlığa çıxan kimi Rusiya DİN Cinayət Axtarış Baş İdarəsinin əməkdaşları tərəfindnə 42 yaşlı “qanuni oğru” Dadaş İbrahimov saxlanılıb. O, kriminal aləmdə daha çox Dadaş Bakinski kimi məşhurdur.
Oxu.Az “Prestupnaya Rossiya”ya istinadən xəbər verir ki, o, Rusiyadan deportasiya edilib.
Mart ayının 12-nə keçən gecə “Moskva-Bakı” reysi ilə o, ölkə sərhədindən çıxarılıb və ona 2021-ci ilə qədər Rusiyaya gəlmək qadağan edilib.
Qeyd edək, İbrahimov ilk məhumluğunu 2012-ci ildə narkotik vasitələri saxladığına görə “qazanmışdı”. Üç ildən sonra koloniya əməkdaşına rüşvət verməyə çalışdığı üçün ittiham edilmişdi.
E.Ə.
www.oxu.az