Bakıda axtarışda olan şəxslər yaxalanıb.
Oxu.Az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1976-cı il təvəllüdlü Zaur Nağıyev tutulub.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Qurban Kazımov tutulub.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az