Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutlub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də Mərdəkan qəsəbəsində Namiq Rzayevə məxsus mağazadan, pəncərənin dəmir barmaqlığını sındırmaqla 56 manat və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Xəyal Abıyev tutulub.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 9-a keçən gecə Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində Aslan Arzumanova məxsus «Shaqman» markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Ariz Mirzəyev tutulub.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 9-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində Elsevər Zeynalovun yaşadığı mənzildən içərisində 2 400 ABŞ dollar, şəxsiyyət və sürücülük vəsiqəsi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Rafiq Babayev tutulub.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsilə axtarışda olan 1996-cı il təvəllüdlü Kamran Talıbov tutulub.
E.Ə.
www.oxu.az