Azərbaycanda polis qoun oğrularını tutub.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağstafa dekabrın 11-də Şahmar Omarova məxsus 3 baş qoyunu oğurlanıb.
Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Şahmar Omarova məxsus 3 baş qoyunu oğurlamış həmyerlisi Valeh Məmmədov tutulub.
Digər hadisə Salyanda baş verib. Belə ki, Kafiyə İsmayılovanın həyətindən 5 baş qoyun oğurlanıb.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Kafiyə İsmayılovanın həyətindən 5 baş qoyun oğurlamış Bakı şəhər sakinləri Kamil Xıdırov, Fəqan Əzizli və Şəki rayon sakini Səxavət Həşimov tutulublar.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az