Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində iki ədəd 16 kalibrli “İJ” markalı ov tüfəngləri, bir ədəd idman təyinatlı tapança, bir ədəd pnevmatik tapança, səkkiz ədəd pulemyot patronu və bir ədəd “DŞK” patronu aşkar edilərək götürülüb.
Bununla bağlı DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.