Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.
Oxu.Az xəbər verir ki, üçyaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova Report-a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib:
“Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb”.
Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.
Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın “bıçaqlanma” kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın “Qeydiyyat kitabçası”nda qeydlərin səhv aparılması olub.
09:56
Bakıda 3 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Cəbrayılov Ümid Samir oğlu bel və kürək nahiyəsindən bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Z.Q.
www.oxu.az