Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qardaşı tərəfindən güllələndiyini dedi, yalan çıxdı - HƏBS OLUNDU
Daxili İşlər Nazirliyinin (DİN) 102 qaynar xətt nömrəsinə zəng edərək qardaşı tərəfindən güllələndiyini deyən şəxs həbs edilib.
“Qaynarinfo”nun məlumatına görə, Samux rayonu, Aşağı Ağasıbəyli kənd sakini Cavad Həsrətov (ad-soyad şərti) içki içərək, DİN-nin “102” qaynar xətt nömrəsinə zəng edib və qardaşı tərəfindən vurulduğunu bildirib.
Sözügedən ünvana polislər cəlb ediliblər və belə bir halın olmadığı müəyyənləşib. Həmçinin Cavadın sərxoş olduğu müəyyən olunub.
Polis əməkdaşları tərəfindən izahatı alınması üçün polis şöbəsinə dəvət edilib. Lakin Cavad polis şöbəsinin qarşısında, ictimai yerdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verib, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətində inzibati həbs edilib.
"DİN" teqi üzrə xəbərlər
- Bakıda minlərlə pirotexniki vasitə satan şəxs müəyyən edildi
- Ödəmə terminalından minlərlə manat oğurlandı - Saxlanılan var
- İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxslər ƏLƏ KEÇDİLƏR
- Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
- Özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs azyaşlı qıza xəsarət yetirdi