Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qayçı ilə sinəsinə ağır xəsarət yetirdi
Avqustun 6-da gecə saat 2 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 2000-ci il təvəllüdlü Kamal İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətlərinə görə məhkum olunmuş 2005-ci il təvəllüdlü Valeh Kazımov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı sakininə qayçı ilə ağır xəsarət yetirilib.
"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saat 2 radələrində Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib.
Kamal İbrahimov adlı şəxs sinə nahiyəsinə yetirilmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onu yaralamaqda şübhəli bilinən Valeh Kazımov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Rəylər