Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qazi məhkəmə zalında həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə təqsirli bilinən Əziz Eldar oğlu Səfixanovun sonuncu məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ötən prosesdə dövlət ittihamçısı Ə.Səfixanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Səfixanovun vəkili çıxış edərək müvəkkilinin 44 günlük Vətən müharibəsi iştirakçısı olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirib. Sonra son sözlə çıxış edən Əziz Səfixanov müharibədən qayıtdıqdan sonra cərrahiyə əməliyyatı olduğunu, bu səbəbdən də ağrılarına görə narkotik vasitə istifadə etdiyini vurğulayıb.
Xatırladaq ki, külli miqdarda narkotik maddə saxlama ittihamı ilə təqsirləndirilən Əziz Səfixanov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hakim müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Əziz Səfixanov barəsində həbs-qətimkan tədbiri dəyişdirilməklə onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, Əziz Səfixanov 44 günlük Vətən müharibəsində iki dəfə yaralanıb.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bakıda iranlı narkotik tədarükçüsü ifşa olunub
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
- Narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib - HESABAT
- Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
- Azərbaycanda 154 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Rəylər