Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qəbələdə sahibkarı şantaj edən zabitin cəzası azaldıldı
Şəki Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilən Anar Səmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və onun cəzası 5 ilə endirilib.
İttihama görə, Anar Səmədov Qəbələ Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edib. O, çalışdığı müddətdə 2021-ci ilin yay aylarında sahibkar S.M.-i (ad, soyadı şərti) şantaj edərək ondan 1000 manat pul tələb edib. Daha sonra təqsirləndirilən şəxs S.M.-dən 14 avqust 2021-ci tarixdə 220 manat məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçirib.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs SAXLANILDI
- Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT
- Bakıda bir nəfərdən hədə-qorxu ilə 100 min dollar tələb edən şəxslər SAXLANILDILAR
- Miri Yusifi videoları ilə şantaj edən şəxsin MƏHKƏMƏSİ OLUB
- Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI: "Faizə pul vermişəm"