Bakıda özünü Qız Qalasından ataraq intihar edən kişinin şəxsiyyəti müəyyənləşdirilib – bu, Kəlbəcər rayonu Seyidli kəndinin sakini, 1961-cil il təvəllüdlü Rəhimov Şiraslan Məmməd oğludur.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Səbail rayon 9-cu polis şöbəsindən bildiriblər.
İlkin araşdırma zamanı məlum olub ki, Rəhimov şair imiş. Onun gödəkçəsinin cibində şəxsi şeirlərinin yer aldığı kitabça aşkarlanıb.
Hazırda intiharın səbəbləri araşdırılır.
11:58
Qız Qalasında intihar hadisəsi baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata əsasən, bir neçə dəqiqə əvvəl bir kişi qaladan özünü atıb.
Hadisənin təfərrüatları araşdırılır.