Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada öldü
Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 1958-ci il təvəllüdlü (qadın cinsli) şəxs 05.01.2025-ci il saat 21:30-da Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
"Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 08:00-da onun ölüm faktı qeydə alınıb".
Qeyd edək ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Rəylər