Quba rayonunda 150 yeşik alma oğurlayan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Elvin Bayramova məxsus bağ sahəsindən 150 yeşik alma oğurlamış Barlı kənd sakinləri İlqar Babayev, Zaur Ağamuradov və Pərviz Yunusov tutulmuşlar.
Faktla bağlı araşdırma aparılır.