Qubada Gənclər və İdman Nazirliyinin gənclər üçün təşkil etdiyi tədbirdə qalmaqal yaşanıb.
Oxu.Az xəbər verir ki, Quba rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, tədbir Quba rayon mərkəzində baş tutub.
Tədbirdə iştirak edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehtalayevlə polislər arasında insident baş verib. İnsident zamanı M.Mehtalayev polis əməkdaşları ilə dalaşıb. Polisin tənqidlərinə tabe olmayan Mustafa Mehtalayev bölməyə aparılıb. Bölmədə müəyyən ediblər ki, saxlanılan şəxs sərxoşdur.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə inzibati qaydada qərar qəbul edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün Mustafa müəllimlə əlaqə yaratmaq istədik. Lakin onun telefonu söndürülmüşdü.