Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qusar sakini evlənmək təklif etdiyi qadın salamını almadığı üçün ona qarşı nalayiq ifadələr işlətdi
Qusar rayonunda 56 yaşlı şəxs evlənmək təklif etdiyi qadın salamını almadığı üçün ona qarşı nalayiq ifadələr işlədib və saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, 1968-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuş C.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, C.N. dəfələrlə X.O.-ya evlənmək təklif edib, amma "yox" cavabını alıb. C.N. yenidən qadına yaxınlaşaraq salam verib, X.O. isə salamını almayıb. Bu səbəbdən qadına etiraz edib.
Daha sonra təqsirləndirilən şəxs içkili halda X.O.-nun yaşadığı evin hasarına çıxaraq onu çağırıb, nalayiq ifadələrlə təhqir etməyə başlayıb. Bu səbəbdən qadın polisə şikayət edib.
Məhkəmənin qərarı ilə C.N. 10 gün müddətə inzibati həbs edilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Elçilik dava ilə bitdi: Oğlanı polisə verdilər
- Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında
- Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər
- Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi məhkəmə qarşısına çıxarılıb
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ