Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə Böyük Millət Məclisində dava: Qan töküldü
Türkiyə Böyük Millət Məclisində dava düşüb.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
Türkiyə Böyük Millət Məclisində üzvlükdən çıxarılan Can Atalayla bağlı xüsusi iclas keçirilib.
Xatırladaq ki, avqustun 9-da bir sıra müxalifət partiyaları Konstitusiya Məhkəməsinin Can Atalay qərarı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılması üçün vəsatət təqdim edib və yetərli sayda millət vəkilinin imzası alınaraq çağırış üzrə növbədənkənar iclasın keçirilməsinə qərar verilib. Lakin bu gün baş tutan iclas gərgin başlayıb və yumruq davası ilə davam edib.
Millət vəkili Ahmet Şık prosedur məsələsi haqqında danışmaq üçün TBMM tribunasına çıxıb. "Siz heç utanmırsınız. Həqiqət hər zaman acıdır", - deyə o bildirib.
Bundan sonra Ədalət və İnkişaf Partiyasının sıralarından reaksiya gəlib və partiyanın millət vəkilləri tribunaya doğru toplaşıblar. İclasa 15 dəqiqə fasilə verilib.
Lakin fasilədən sonra mübahisə yenidən qızışıb və gərginlik pik həddə çatıb. Tribuna önünə toplaşan deputatlar bir-birilərinə yumruq atıblar. Xəsarət alan deputatların qanı yerə sıçrayıb.
Döşəməyə tökülən qan əməkdaşlar tərəfindən silinib.
Rəylər