Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qusarda 30 min manatlıq boru oğurlayanlar tutuldular - VİDEO
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Quxuroba kənd sakin Nurmət Əskərov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan meyvə bağından ümumi dəyəri 30 000 manat olan su borularını oğurlaması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar.
Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni oğurlamaları müəyyən edilib.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.
"Quba" teqi üzrə xəbərlər
- Dağ yəhudilərinin qəribə adətləri: Meyvə və elektron əşyalara qadağa
- Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
- Qubada elektrik dirəkləri AŞDI: 20-dən çox kənd işıqsız qaldı
- 76 yaşlı qadın faciəli şəkildə öldü
- Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR