Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovunbarəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib.
İclasda şahidlər ifadə veriblər.
Proses dekabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
E.Ə.
www.oxu.az