Həbsdə olan jurnalist Rauf Mirqədirovun bu gün apellyasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.
Səbail Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilməyib:
“Mirqədirovun qohumları ilə görüş, telefon danışıqları məsələsinə baxılıb. Şikayətin təmin olunmama səbəblərini açıqlamadılar. Yəqin bunu öz qərarlarında açıqlayacaqlar. Ləmbaranskinin qərarından olan şikayətimizə isə sabah baxılacaq”.
Xatırladaq ki, jurnalist Rauf Mirqədirov dövlətə xəyanət maddəsilə ittiham olunaraq həbs edilib. Onun barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.