Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Reket jurnalistika” ilə məşğul olan qəzetin baş redaktoru həbs edilib
“İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasov hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunaraq həbs edilib.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
A.Abbasovun “reket jurnalistika” ilə məşğul olması barədə daha öncə də mediada məlumatlar yayımlanmışdı. Etibarlı mənbədən alınmış məlumata görə, A.Abbasovun həbsi DTX-də “reket jurnalistika”ya qarşı aparılan əməliyyat-istintaq tədbirlərinin davamıdır.
Qeyd edək ki, “İrəvan Press” qəzeti və saytı Azərbaycan Nəşriyyatında yerləşir və orada zəruri istintaq tədbirləri keçirilib.
Н.О.
"Bakı" teqi üzrə xəbərlər
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT