Bakıda gecə klubunda iki nəfər döyülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gecə saat 04.00 radələrində, Lermontov küçəsi-121 ünvanında yerləşən “Reqal” gecə klubunda qeydə alınıb.
Bakı şəhər sakinləri, 1990-cı il təvəllüdlü Vaqif Arif oğlu Xancanov və 1988-ci il təvəllüdlü Darya Konstantin qızı Şahmarova Sərxan adlı şəxs tərəfindən döyülüblər.
Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.