Kişinin polis əməkdaşları ilə söhbətini “Allahü-əkbər” ifadəsi ilə bitirdiyinə, evində axtarış zamanı ekstremist ədəbiyyatın tapıldığına dair KİV-də yayılmış məlumat həqiqətəuyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə “Danışır Moskva” radiostansiyasına DİN İnformasiya və ictimai əlaqələr idarəsinin rəisi Vyaçeslav Stepçenko bildirib.
“Bu məlumat obyektiv təsdiqini tapmayıb. Məişət qətli törədilib. “Allahü-əkbər” – jurnalistlərin uydurmasıdır”, - V.Stepçenko qeyd edib.
KİV-in məlumatına görə, qatil Azərbaycan vətəndaşıdır, öz əməlini mənzilin sahibinin bezdirici olması ilə izah edib.
Cinayət işi qaldırılıb.