Peterburqda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Mart ayının 1-də səhər saatlarında o, polisə “Allahü-əkbər” sözləri ilə təslim olub.
Oxu.Az “Fontanka”ya istinadən xəbər verir ki, saat 6:30 (Bakı vaxtı ilə 7.30) radələrində DİN İdarəsinə zəng olub.
Kişi özü haqqında məlumat verib və Primorsk rayonunda ünvan deyib. Eləcə də bir neçə dəqiqə öncə qətl törətdiyini etiraf edib və öz sözünü isə “Allahü-əkbər” ifadəsi ilə tamamlayıb.
Polislər Olginoya gəliblər və göstərilən ünvan üzrə Azərbaycan vətəndaşını tutublar, həmin mənzildə peterburqlunun meyitini də aşkar ediblər. Saxlanılan şəxs izah edib ki, öldürülən şəxsin evini kirayə götürmüşdü, bu gün icarəçi pul tələb etməyə gəlib. Sərxoş idi, ödəmə qrafiki barədə heç nə eşitmək istəmirdi. Mübahisə düşüb.
Mənzildə aparılan axtarış zamanı azərbaycanlıya məxsus şəxsi əşyalar arasında əlyazmalar aşkar edilib, onlar Rusiyanın hazırkı hakimiyyətinə ünvanlanmışdı. Əlyazma məktubların arasında Vladimir Putin və ümumiyyətlə Kremlin dövlət aparatı haqqında tezislər də yer alıb, məktubların müəllifi söyüş işlətməkdən çəkinməyib.
“Dəlinin məktubları”, - bu məktublara “Fontanka”nın verdiyi ad belə oldu.
Saxlanılan şəxsi tibb işçilərinə təhvil verilib, ona operativ şəkildə psixi ekspertiza təyin ediləcək.