Yanvar ayının 22-də Vladivostokda yerləşən istintaq təcridxanasında məhkumun üzərində zorakılıq əlamətləri olan cəsədi aşkarlanıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, öldürülən şəxs dörd nəfərin qətlində ittiham edilirdi.
Hadisəni törətməkdə Partizanski rayonunun Sergeyevka kəndində üç nəfəri öldürdüyü üçün ömürlük azadlıqdan məhrum edilən 26 yaşlı məhbus şübhəli bilinir.
Təcridxanada məhkumun ölümü ilə əlaqədar cinayət işi qaldırılıb. Baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün tədbirlər həyata keçirilir.
Əyalət prokurorluğunun məlumatına görə, qətl şəxsi münasibətlər zəminində törədilib. Şübhəli bilinən şəxs 31 yaşlı kişiyə hücum edərək onun sinəsinə iti əşya ilə zərbə endirib.
Qeyd edək ki, daha öncə o, əmlakla əlaqədar cinayətə görə məsuliyyətə cəlb edilib.
Bundan başqa, 2015-ci ilin sonunda başqa bir işlə əlaqədar məhkəmə ona qarşı ev dustağı cəzası tətbiq edib.