Azərbaycan 2015-ci ildə Türkiyədən ən çox mənzil alan 7-ci ölkə olub.
Oxu.Az bu barədə Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2015-ci ilin son ayında, yəni dekabrda azərbaycanlılar qonşu ölkədən 82 mənzil alıb. Ümumilikdə, ötən il ərzində həmvətənlərimizin bu ölkədən aldıqların mənzillərin sayı 815 ədəd olub.
Qeyd edək ki, ötən il ərzində Türkiyə mənzil bazarına maraq göstərən əcnəbilər arasında İraq (4228), Səudiyyə Ərəbistanı (2704), Küveyt (2130), Rusiya (2036), Əfqanıstan (656), Almaniya (869) və nəhayət Azərbaycan (815) vətəndaşları üstünlük təşkil edib.

Ülviyyə R. Əli
www.oxu.az