Bu günlərdə Vladimirsk vilayətində 32 yaşlı Azərbaycan vətəndaşı Ağabala Hacıyevin məhkəməsi olub.
Oxu.Az “KP”-ya istinadən xəbər verir ki, o, rüşvət verməkdə təqsirli bilinib.
İstintaq Komitəsi bildirib ki, Hacıyevin qardaşı Kovrovsk rayonunda 4 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin aprel ayının 16-da koloniyaya gələrkən o, rəislə görüşüb və qardaşına rahat şəraitin yaradılmasını, gələcəkdə isə şərti azad edilməsinə yardım etməyi xahiş edib.
O, bunun üçün rəisə 5 min rubl rüşvət də verib. 3 həftə sonra Hacıyev əlavə olaraq 5 min rubl və bahalı içki gətirib.
Amma koloniya əməkdaşı dürüst adam olub və rüşvət barədə öz rəisinə bildirib. Hacıyev vətənə qayıtmağa çalışıb, amma mayda saxlanılıb.
Məhkəmənin qərarı ilə o, həm də 500 min rubl cərimə ödəyib.