Azərbaycan vətəndaşı Vüqar Əliverdiyev qanunsuz olaraq 36 milyon rubl dəyərində (təxminən 471 min manat) meşə məhsullarının ixracı ilə məşğul olub.
Oxu.Az xəbər verir ki, ixrac Tacikistan, Özbəkistan və Qırğızıstana edilib.
Gömrük qeydiyyatı zamanı Vüqar Əliverdiyev saxta sənədlər təqdim edib.
Bu isə malın saxta deklorasiyasına və valyuta gəlirinin geri qaytarılmasına gətirib çıxarıb.
Qaçaqmalçılıq əməliyyatından sonra Azərbaycan vətəndaşı Krasnoyarsk vilayətinin vergi xidmətinə saxta sənədlər təqdim edib və dövlət büdcəsindən 2 milyon rubldan çox vəsait alıb. Pullar şəxsi ehtiyaclara sərf edilib.
Hal-hazırda Əliverdiyevin törətdiyi əməl üzrə açılmış cinayət işi Krasnoyarsk vilayətinin Lesosibirsk şəhər məhkəməsinə göndərilib.