Tatarıstan nəqliyyat prokurorluğu Tatarıstan gömrüyünün Azərbaycan vətəndaşına qarşı açdığı cinayət işini qanuni və əsaslı hesab edib.
Oxu.Az bu barədə “Tatar-inform”a istinadən xəbər verir.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.1 (“Nağd pul vəsaitinin qaçaqmalçılığı”) maddəsində nəzərdə tutulmuş cinayətdə ittiham edilir, Tatarıstan nəqliyyat prokurorluğunun mətbuat xidməti bildirib.
İttihamçılar tərəfindən müəyyən edilib ki, 2015-ci ilin yanvar ayının 31-də Bakı-Kazan beynəlxalq reysində gömük nəzarəti zamanı, Azərbaycan vətəndaşında xarici valyuta ilə 30 min dollar və 21,5 min rubl aşkar edilib. Vətəndaş yaşıl dəhlizdən keçib və gömrük deklarasiyasını doldurmayıb.
RF CM 200.1 maddəsinə müvafiq olaraq, qanunsuz keçirilən pul vəsaitinin məbləği, Avrasiya İqtisadi İttifaqının çərçivəsində Gömrük İttifaqının qanunvericiliyi ilə yazılı deklarasiya olmadan keçirilməsinə icazə verilən nağd vəsaitlərin və yol çeklərinin məbləğindən iki dəfə artıq olarsa bu böyük məbləğ hesab edilir.
Beləliklə, Azərbaycan vətəndaşının hərəkətlərində cinayət əlamətinin mövcudluğu aşkar edilib.