Narkotiklərə nəzarət xidmətinin əməkdaşları regionda heroin satışı ilə məşğul olan dəstənin fəaliyyət göstərməsindən şübhələnirlər, mosaica.ru məlumat yayıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 2-də Lenin rayonunda Rusiyanın Federal Narkotiklərə nəzarət xidmətinin Ulyanovsk üzrə İdarəsinin əməliyyatçıları 54 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.
Baxış zamanı onun gödəkçəsinin yan cibində 110 qramdan artıq heroin aşkar edilib. Narkotiklər müsadirə edilib. Cari fakt üzrə cinayət işi açılıb.