Rusiyada Qırmızı Kitaba salınmış su bioresurslarının qanunsuz ovlanmasına görə mütəşəkkil cinayətkar qrup məhkəmə qarşısına çıxacaq.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, istintaqın müəyyən etdiyinə görə, 2014-cü ilin mayın 13-də Azərbaycan Respublikasının 3 vətəndaşı “Bayda” qayığında Xəzər dənizinin şimal hissəsinə gəlib və “Malıy Jemçujnıy” adası yaxınlığında 14 tor vasitəsilə nərə balıqlarını qanunsuz ovlayıb.
Qrupun cinayətkar fəaliyyətinin qarşısı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Kalmık Respublikası və Həştərxan vilayəti üzrə sərhəd idarəsinin əməkdaşları tərəfindən alınıb.
Brakonyer torlarında 486 diri nərə balığı aşkar olunub və onlar suya buraxılıb.
Faktla bağlı cinayət işi məhkəməyə göndərilib.