Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Saatlı və Ağdaşda odlu silahlar polisə təhvil verilib - FOTO
Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Saatlıda şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı bir ədəd “Karabin” markalı odlu silahı və 412 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Həmçinin, Ağdaşda Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.
Rəylər