Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən iki sürücü saxlanılıb
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən A.Rzazadə və N.Nəsirli saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib.
Verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bundan əlavə, həyata keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini içkili vəziyyətdə, eləcə də müvafiq sənədləri olmadan idarə edən daha 9 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb olunub.
"Saatlı Rayon Polis Şöbəsi" teqi üzrə xəbərlər
- Saatlıda narkotik satışı ilə bağlı üç nəfər saxlanılıb
- Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər həbs edildi
- Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən iki sürücü saxlanılıb
- Saatlıda pirotexniki vasitələr satan şəxs müəyyən olunub
- Saatlıda avtoxuliqanlıq: İki gənc həbs edildi