Bakı Şəhər Baş Polis İdarəsi rəisinin keçmiş müavini, polis polkovniki Cavadağa Sultanov Dubayda yenidən həbs olunub.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, yayılan məlumatda bildirilir ki, o, saxta çeklərlə 7 milyon dollar pulu mənimsəməkdə ittiham olunur.
Bundan əvvəl o, ötən ilin noyabrında Dubay polisi tərəfindən saxlanılsa da sonradan 20 milyon girov müqabilində azadlığa buraxılması barədə məlumatlar yayılmışdı.