Venesuelalı aktrisa və “Miss Venesuela – 2004” gözəllik müsabiqəsinin qalibi Monika Spir bazar ertəsi axşam əri, İrlandiya vətəndaşı Tomas Berri ilə birlikdə qətlə yetirilib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ailəyə quldurlar hücum ediblər. Onların beş yaşlı qızı ayağından güllə yarası alıb.
Yerli KİV-in məlumatına görə, faciə ölkənin qərbindəki şosselərdən birində baş verib. Polis yaxınlığında iki cəsədin və yaralı qızın olduğu maşını yolun kənarında aşkarlayıb. 5 yaşlı qız xəstəxanaya yerləşdirilib, onun həyatı təhlükədə deyil.
Keçmiş “Mİss Venesuela” son illər ABŞ-da yaşayırdı. O, ispandilli “Telemundo” telekanalında çalışırdı.