Yenikənd məscidinin axundu Eldar Əhmədov (1963-cü il təvəllüdlü) Sabirabad rayon Polis İdarəsinin əməkdaşlarından birinə 500 manat məbləğində rüşvət təklif etməkdə ittiham edilir.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Sabirabad rayon prokurorluğunda istintaq orqanları Əhmədovun fəaliyyəti ilə maraqlanıblar. Belə ki, o, kənddə uşaqlara dini dərslər keçdiyi qanunsuz məktəb açıb.
Mollanın 8-10 yaş arası 12 tələbəsi olduğu məlumdur. İstintaq orqanları mollanın öz işi üçün müəyyən məbləğ aldığından şübhələnirlər. Amma molla bunu tam təmənnasız etdiyini bildirib.
Qeyd edək ki, mollaya qarşı həbs tədbiri tətbiq edilməyib.
E.Ə.
www.oxu.az