Sabunçu rayonunda boşanmaq istəyən gəlinin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisədə şübhəli bilinən qayınatası deyil, gəlinin əri olub.
Belə ki, 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, əri 1990-cı il təvəllüdlü N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.
1997-ci il təvəllüdlü D.Əsgərova qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çox sayda bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaralının yaxınlarının verdikləri məlumatlara görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.