Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəsib Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, prosesə sədrlik edən hakim Rahib Salmanov bildirib ki, iş üzrə adı keçən şahidlər dəfələrlə məhkəməyə çağırılsa da, gəlməyiblər.
Buna görə hakim onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov “Bank of Baku” ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan üç ədəd “Kia-Optima”, bir ədəd “Kia-Sorento”, bir ədəd “Jeep Grand Cherokee” və bir ədəd “Hyundai” markalı avtomobillərin “Bank of Baku” ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarması və aldatma yolu ilə digər şəxslərə satması müəyyən edilib.
Daha sonra N.Gülməmmədov saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Etibar Məmmədov
www.oxu.az