Bakının “Sahil bağı” yaxınlığında baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum olub.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən Həsən Namiq oğlu Həsənovun yanında başqa bir dostu da olub.
Ona da bıçaq xəsarəti yetirilib. Yaralı hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun şəxsiyyəti məlum olub. Bu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğludur.
06.01.2015
Bakının mərkəzində boğazı kəsilən gəncin şəxsiyyəti məlum olub.
Oxu.Az xəbər verir ki, Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
Cinayəti kimin törətdiyi isə hələ məlum deyil. O, qətli törətdikdən sonra hadisə yerini tərk edib.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
20:46
Bakının mərkəzində axşam saatlarında qətl hadisəsi baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə “Sahil” metrosunun yaxınlığında qeydə alınıb.
Gənc oğlanın bıçaqla boğazını kəsiblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Əldə etdiyimiz məlumata görə, hadisə baş verən zaman oğlanın yanında gənc xanım olub. Qızın qətlə yetirilən şəxsin sevgilisi olduğu ehtimal edilir.
Güman olunur ki, oğlanı qız üstündə yaranan mübahisə zamanı öldürüblər.