Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Şahnaz Bəylərqızı SAXLANILDI](https://images.oxu.az/2025/02/05/nBgWw69ry0XF82CaMKCjXVKKwgW3zMVyI7JhwhNh:1200.jpg)
Şahnaz Bəylərqızı SAXLANILDI
"Toplum TV" işi üzrə daha bir nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, jurnalist Şahnaz Bəylərqızı saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb və araşdırma aparılır.
Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
![](https://img.youtube.com/vi/sDkdAK9UIds/sddefault.jpg)
"Toplum TV" teqi üzrə xəbərlər
- "Toplum TV" işində şok təfərrüat: Xüsusi xidmət orqanlarının metodundan istifadə edilib
- "Toplum TV" işi üzrə daha iki nəfər saxlanılıb
- "Abzas Media", "Toplum TV" və "MeydanTV" işində gizlinlər ortaya çıxdı - YENİ DETALLAR
- "Toplum TV" işi üzrə tutulanların həbs müddəti uzadılıb
- Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Rəylər