Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə Kuboku: "Fənərbağça" 5 qol vuraraq qrup lideri oldu
Türkiyə Kubokunun B qrupunda 2-ci turun görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, "Fənərbağça" ev matçında "Erzurumspor"u qəbul edib.
Gözlənildiyi kimi, İstanbul klubu aşağı liqa təmsilçisini darmadağın edib - 5:0. "Sarı-lacivərdlilər"in yeni transferi braziliyalı Taliska qarşılaşmada fərqlənməklə qol hesabını açıb. Ən-Nəsiri ilə dublla yadda qalıb.
Bu nəticədən sonra "Fənər" 6 xalla qrup liderliyinə yüksəlib. Qeyd edək ki, komanda ilə eyni qrupda "Qaziantep", "Kasımpaşa", "Göztepe" və "İstanbulspor" kimi klublar çıxış edir.
Xatırladaq ki, Türkiyə Kubokunun hazırki sahibi "Beşiktaş"dır.
"Türkiyə Kuboku" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər