Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsində "Qalatasaray" öz evində "Gənclərbirliyi"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, matç İstanbul təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb - 0:2.
"Gənclərbirliyi"nin futbolçuları Fıratcan 51-ci, Traore isə 83-cü dəqiqədə fərqlənərək komandalarına çətin səfər qələbəsi qazandırıblar.
Bu nəticə ilə "Qalatasaray" Türkiyə Kubokunda mübarizəni dayandırıb.
Qaynar xətt:
(055) 224 12 12