Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça" səfərdə "Konyaspor"un qonağı olub.
Oxu.Az xəbər verir ki, matçın əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Görüşə əlavə edilmiş hissələrdə ev sahibləri fərqlənərək növbəti mərhələyə adlayıblar.
Qarşılaşmada yeganə qolu 120-ci dəqiqədə Jevtoviç penaltidən vurub. "Fənərbağça" isə Türkiyə Kubokunda mübarizəni dayandırıb.
Qaynar xətt:
(055) 224 12 12