Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Ülkər Səfərovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb.
Buna baxmayaraq, həmin şəxs yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan qadın evinə geri qaytarılıb.
Ü.Səfərova barəsində Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
:640.jpeg)